Yığmamızın futbolçusu "WhatsApp"da elə bir şəxsin şəklini yerləşdirdi ki…

22 May 2020 12:58 Milli komanda 634
Yığmamızın futbolçusu "WhatsApp"da elə bir şəxsin şəklini yerləşdirdi ki…

"Azərbaycan millisi ilə Norveçlə qarşılaşanda Stiven Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. Komandamızın məskunlaşdığı oteldə iki gün qaldı və matçımızı izlədi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Ertzgebirge"də çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Tag24" nəşrinə açıqlamasında ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü baradə danışarkən deyib.

30 yaşlı hücumçu həmin vaxt onunla bir araya gəldiyini və bunun özü üçün təcrübə olduğunu bildirib. Nazarov Siqalın filmlərinə baxmağı çox xoşladığını sözlərinə əlavə edib. Oyunçu tanınmış aktyorla çəkdirdiyi fotonu indiyədək "WhatsApp"da profil şəkli kimi saxladığını vurğulayıb.

Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. Həmin il Azərbaycan yığması Norveçi DÇ-2018-in seçmə oyununda 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti