"Xaraktersizlik onu belə vəziyyətə gətirdi" - VİDEO

3 May 2020 23:40 Milli komanda 844
"Xaraktersizlik onu belə vəziyyətə gətirdi" - VİDEO

Rusiyalı blogger Pavel Qorodnitski "Youtube" kanalında "Sabah"da oynayan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, "Zenit"in yetirməsinin xaraktersiz futbolçu olduğunu deyib:

"Zenit"də Ramil Şeydayev var idi. Hələ uşaq turnirlərində iştirak edəndə, ona sarı vərəqə göstərilən zaman meydanda ağlayırdı. Ancaq cüssəli futbolçu idi.

Zaman keçdikcə karyerası alınmadı. Oynadığı klublarda özünü göstərə bilmədi. Bunun səbəbi xaraktersiz olması idi.

Gənc yaşlarından baş qaldıran xaraktersizlik onu belə vəziyyətə gətirdi. Maraqlıdır, Ramil Azərbaycan millisində Almaniya və Xorvatiya kimi komandalara qol vurub".

Digər Xəbərlər
Xəbər Lenti