“Vulverhempton” Renatı bu dəfə də icarəyə göndərir

27 Aprel 2020 16:30 Milli komanda 1 224
“Vulverhempton” Renatı bu dəfə də icarəyə göndərir

“Vulverhempton” hücumçusu Renat Dadaşovu yayda icarəyə verəcək.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Raul Ximenes, Dioqu Jota, Pedru Netu kimi futbolçularla rəqabət aparmaq səviyyəsinə çatmaq üçün belə qərar qəbul edib.

20 yaşlı hücumçu başqa klubda inkişaf etdikdən sonra “canavarlar”a qayıdacaq.

Azərbaycan millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Fereyra” klubunda keçirib. O, qış fasiləsində “Vulverhempton”a dönüb və U-23 komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti