Millimizin hücumçusuna icazə verilmədi - 30 gün meydana çıxmaq

13 Mart 2020 11:48 Milli komanda 1 043
Millimizin hücumçusuna icazə verilmədi - 30 gün meydana çıxmaq

ABŞ-ın MLS və USL müntəzəm çempionatları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, hər iki liqanın rəhbərliyi oyunların ən azı 30 gün müddətinə dayandırıldığını açıqlayıb.

Bildirilib ki, futbolçuların, azarkeşlərin, işçilərin sağlamlığı və təhlükəsizliyi onlar üçün əsas prioritetdir.

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...