Azərbaycan okeanın o tayından yaxşı xəbər aldı - VİDEO

11 Mart 2020 13:54 Milli komanda 702
Azərbaycan okeanın o tayından yaxşı xəbər aldı - VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. Forvard həftənin komandasında da yer alıb.

Dadaşov I turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.

Digər Xəbərlər
Xəbər Lenti