ULDUZLAR YOLDA və ya Bakıya gələcək təxmini “23-lük”

6 Mart 2020 22:40 Milli komanda 601
ULDUZLAR YOLDA və ya Bakıya gələcək təxmini “23-lük”

Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına aparacağı təxmini heyəti seçib.

Sportinfo.az xəbər verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lük” müəyyənləşdirdiyini yazıb.

Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə olan futbolçulardan qurulub. Ancaq mövsümün son 3 ayında zədə və formadan düşmə durumuna uyğun olaraq onları əvəz edə biləcək 26 oyunçu var.

Uels yığmasının təxmini “23-lüy”ü:
Qapıçılar:
Ueyn Hennesi, Denni Uord, Adam Deyvis
Müdafiəçilər: Konnor Roberts, Ben Deyvis, Kris Qanter, Neko Uilyams, Co Rodon, Kris Mefam, Tom Lokyer, Eşli Uilyams
Yarımmüdafiəçilər: Co Allen, Etan Ampadu, Uill Vaulks, Co Morrell, Aaron Remsi
Hücumçular: Qaret Beyl, Daniel Ceyms, Harri Uilson, Devid Bruks, Kiffer Mur, Hal Robson-Kanu, Kristian Dodj.

Qeyd edək ki, Uels yığması AVRO-2020-də İtaliya, Türkiyə və İsveçrə ilə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!