“Qarabağ”ın qapıçısı eyham vurdu: “Bəzi şeyləri dəyişməliyik”

24 İyul 14:20 Müsahibə 921
“Qarabağ”ın qapıçısı eyham vurdu: “Bəzi şeyləri dəyişməliyik”

Sportinfo.az “Qarabağ”ın polaşlı qapıçısı Mateuş Koxalskinin müsahibəsini təqdim edir:

- UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda SSKA (Bolqarıstan) ilə bərabərə qaldınız (0:0). Görüşlə bağlı fikirləriniz necədir?

- Çətin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar bütün güclərini meydanda qoydular, bizə qarşı çox yaxşı çıxış etdilər. Biz də qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı.

- İstədiyiniz nəticəni qazanmağınıza nə mane oldu?

- Müəyyən çatışmazlıqlarımız oldu. Qol epizodlarından faydalana bilmədik. Bu da nəticəyə öz təsirini göstərdi.

- Cavab matçından gözləntiləriniz?

- Bəzi şeyləri dəyişməliyik. İkinci matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz səfərdə mərhələ adlamaqdır.

- Uğurlu nəticə üçün nələri dəyişmək lazımdır?

- İlk matçda çoxlu top itkilərinə yol verdik. Səfərdə daha diqqətli olmalıyıq. İstənilən halda “Qarabağ” yüksək səviyyəli komandadır və bunu ikinci görüşdə göstərməliyik.

- Azarkeşlərə nə demək istərdiniz?

- Ötən ev oyununda olduğu kimi, bu dəfə də azarkeşlər bizə əla dəstək nümayiş etdirdilər. Onları sevindirməyi çox istəyirdik. İnanıram ki, növbəti matçlarda fanatları daha çox sevindirəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti