"Hara getsəm də, ürəyimin böyük bir hissəsi həmişə bu kluba məxsus olacaq"

20:00 Qəbələ 343
"Hara getsəm də, ürəyimin böyük bir hissəsi həmişə bu kluba məxsus olacaq"

Daha bir futbolçu “Qəbələ”ni tərk edib.

Düzdür, klub bu barədə rəsmi məlumat yaymayıb.

Lakin Prins Ovusu “instagram” hesabında etdiyi paylaşımla bölgə təmsilçisini tərk etdiyini açıqlayıb və bununla bağlı ürək sözlərini yazıb:

“Bu gün qarışıq hislər keçirdiyim bir gündür. Çünki peşəkar debüt etməyimə imkan yaradan klubla vidalaşıram.

Buradan ayrılmaq mənim üçün inanılmaz dərəcədə çətindir. Bura mənim evim və ikinci ailəm olub.

Məşqçi heyətinə - mənə inandıqları, həm daha yaxşı futbolçu, həm də daha yaxşı insan olmağım üçün məni daim inkişaf etdirdikləri üçün təşəkkür edirəm.

Komanda yoldaşlarıma – birlikdə apardığımız mübarizələri, qazandığımız qələbələri və soyunub-geyinmə otağında qurduğumuz dostluq bağlarını ömür boyu əziz xatırlayacağam.

Azarkeşlərə isə – ilk oyunumdan son matçıma qədər göstərdiyiniz dəstək mənim üçün hər şey demək olub demək istəyirəm.

Siz mənə sadəcə ilk peşəkar müqaviləmi vermədiniz, həm də peşəkar futbolda yolumu tapmağım üçün lazım olan bilikləri, səbr və dəstəyi göstərdiniz.

Mən burada böyüdüm, ömürlük dostlar qazandım və həyatım boyu özümlə daşıyacağım dəyərli dərslər öyrəndim.

İndi isə karyeramda növbəti addımı atmağın və yeni bir çağırışı qəbul etməyin vaxtıdır.

Hara getsəm də, ürəyimin böyük bir hissəsi həmişə bu kluba məxsus olacaq. Mən uzaqdan da olsa, hər zaman sizi dəstəkləyəcəyəm.

Qapılarınızdan içəri girən o balaca oğlana inandığınız və bu gün olduğum insana çevrilməyimə kömək etdiyiniz üçün təşəkkür edirəm”.

Maraq üçün bildirək ki, 20 yaşlı futbolçu karyerasının Slovakiyanın “Dunayska Streda” (DAC 1904) klubunda davam etdirəcək.

“Qəbələ”nin Ovusunun satışında maddi qazanc əldə etdiyini də xatırladaq.

HƏBİB/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti