Yığmamızın üzvləri Qahirədə Çellencer turnirində iştirak edəcək

25 İyul 04:30 Digər növlər 477
Yığmamızın üzvləri Qahirədə Çellencer turnirində iştirak edəcək

Azərbaycanın boccia üzrə milli komandasının üzvləri Misirin paytaxtı Qahirədə keçiriləcək Çellencer turnirində iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İyulun 25-dən 31-dək təşkil olunacaq yarışda Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlov (BC4 kateqoriyası) mübarizə aparacaq.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Bocciaçıları yarışda məşqçi Elşən Məhərrəmov müşayiət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti