Millimizi məşhur kluba dəyişdi - GÖZLƏNİLƏN OLDU

6 Mart 2020 20:00 Milli komanda 2 684
Millimizi məşhur kluba dəyişdi - GÖZLƏNİLƏN OLDU

Azərbaycan millisinin baş məşqçisi postuna keçməkdən imtina edən Abdullah Avcının yeni iş yeri müəyyənləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Super Liqa klubunda çalışmağa hazırlaşır.

Məsələ burasındadır ki, mövsümün sonuna qədər istirahət etmək istəyən Avcını “Fənərbaxça” rəhbərliyi fikrindən daşındırmağı bacarıb. Türkiyə mətbuatının iddiasına görə, tərəflər arasında danışıqlara start verilib və ilkin razılıq əldə olunub.

İstanbulluların sabah Super Liqanın XXV turu çərçivəsində “Dənizlispor”la keçiriləcək qarşılaşmadan sonra yeni çalışdırıcını təqdim etməsi gözlənilir.

Komandanın yarımmüdafiəçisi Əmrə Belözoğluya isə Avcının köməkçisi olmaq təklif edilib.

“Fənərbaxça” Türkiyə kubokunun yarımfinal mərhələsində “Trabzonspor”la oyundan sonra baş məşqçi Ərsun Yanalla yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!