AFFA Azərbaycan yığmasına baş məşqçi tapdı - TƏCİLİ ATMACA

5 Mart 2020 14:22 Milli komanda 2 290
AFFA Azərbaycan yığmasına baş məşqçi tapdı - TƏCİLİ ATMACA

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov futbol ictimaiyyətini sevindirib.

Elxan Məmmədov bildirib ki, futbol azarkeşlərinin nigarançılığına son qoyulacaq. Novruz bayramı ərəfəsində Azərbaycan yığmasına baş məşqçi təyinatı gerçəkləşəcək.

AFFA-dakı mötəbər mənbədən verilən məlumata görə, Elxan Məmmədov futbol azarkeşlərinə Novruz bayramı ərəfəsində ikiqat sevinc bəxş etməyi planlaşdırır. Belə ki, Azərbaycan yığmasının baş məşqçisi Novruz Əzimov olacaq.

Novruz bayramı ərəfəsində Novruz Əzimovun təqdimat mərasimi də keçiriləcək. Təqdimat mərasimində Keçəl və Kosa kimi Novruz personajlarının da iştirak edəcəyi gözlənilir.

Təqdimat mərasiminin Axır Çərşənbə günü – martın 17-də olacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"