"Püşkatmadan əvvəl narahat idim, etiraf edirəm ki..."

5 Mart 2020 13:40 Milli komanda 575
"Püşkatmadan əvvəl narahat idim, etiraf edirəm ki..."

“Düşdüyümüz qrupu məqbul saymaq olar”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Azərbaycan millisinin də yer aldığı UEFA Millətlər Liqasının qrupu barədə danışarkən deyib.

Bosniya və herseqovinalı mütəxəssis yerli mətbuata açıqlamasında C liqasının 1-ci qrupunda mübarizə aparacaqları Azərbaycan, Kipr və Lüksemburqdan güclü olduqları qənaətindədir:

“Püşkatmadan əvvəl narahat idim. Etiraf etməliyəm ki, daha çətin qrupa düşə bilərdik. Şəxsən mən hazırkı qrupumuzdan çox məmnunam.

Son oyunlar və əldə edilən nəticələr bizi daha diqqətli olmağa vadar edir. Nə qədər yaxşı heyətə malik olsan belə, rəqiblərə ciddi yanaşmalısan. Bizim yeganə hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

Oktyabrın 9-da III turda Monteneqronun qonağı olacaq Azərbaycan millisi V tur çərçivəsində noyabrın 12-də rəqibini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti