"Yerli və ya əcnəbi baş məşqçi seçimində çətinlik çəkirəm"

4 Mart 2020 21:40 Milli komanda 826
"Yerli və ya əcnəbi baş məşqçi seçimində çətinlik çəkirəm"

Dünən Millətlər Liqasının püşkü atıldı. D liqasının 1-ci qrupunda qərarlaşan Azərbaycan millisinə Lüksemburq, Kipr və Monteneqro milliləri rəqib oldular.

Millimizin keçmiş üzvü Mahmud Qurbanov Sportinfo.az-a açıqlamsında qrupdakı rəqiblərimizi dəyərləndirib: "Məncə, qrupda şanslar bərabərdi.

Nisbətən Monteneqronu fərqləndirərdim. Heyətlərində yaxşı futbolçular çoxdur. Kipr və Monteneqro ilə görüşlər daha çətin olacaq.Düşünürəm ki, bu millətlər Liqasında yığmamız yaxşı çıxış edəcək

Hər zaman millimizin şansların yüksək dəyərləndirmişəm. Daha çox pozitiv olmağa çalışıram"

Qurbanov millinin baş məşqçisi haqda sualı isə belə cavablandırıb: "Yerli və ya əcnəbi baş məşqçi seçimində mən çətinlik çəkirəm. Hər bir halda əsas odur yığmamız yaxşı nəticə qazansın"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"