Millimizdən ardıcil 3-cü məğlubiyyət - 4 qol, 4 qırmızı vərəqə, 2 penalti

10 Noyabr 2019 20:16 Milli komanda 857
Millimizdən ardıcil 3-cü məğlubiyyət - 4 qol, 4 qırmızı vərəqə, 2 penalti

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bir qədər əvvəl başa matçda Siyasət Əsgərovun başçılıq etdiyi yığmamız səfərdə Moldova ilə qarşılaşıb. Seçmə mərhələnin D qrupunda yer alan komandamız əvvəlki iki oyunda olduğu kimi 3-cü turda da meydandan məğlub ayrılıb.

Kişinyov şəhərindəki "Zimbru" stadionunda oynanılan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Olduqca gərgin mübarizə şəraitində keçən qarşılaşmada macarıstanlı hakim hər komandadan iki futbolçuya qırmızı vərəqə göstərib.

Millimiz qrupda bundan əvvəl keçirdiyi ilk iki oyunda həm İspaniya, həm də Çexiyaya 4 cavabsız qolla uduzub.

AÇ-2021-in seçmə qrup mərhələsi

10 noyabr

D qrupu

18:00. Moldova - Azərbaycan 3:1

Qollar: Tabur, 10, Muntyanu, 50 (penalti) və 62 (penalti) - Dorofeyeva, 39.

Qırmızı vərəqələr: Prişakari, 38, Topal, 77 - Seyfəddinova, 74, Hacıyeva, 90+1.

Hakimlər: Katalin Sipos, Yudit Kulşar, Anita Vad, Ryeka Molnar

Kişinyov, "Zimbru" stadionu.

Digər Xəbərlər
Xəbər Lenti