Qurban Qurbanov kimi millinin baş məşqçi postunda görür? - MÜTLƏQ BU VİDEONU İZLƏYİN!

10 Yanvar 2022 16:20 Milli komanda 1 393
Qurban Qurbanov kimi millinin baş məşqçi postunda görür? - MÜTLƏQ BU VİDEONU İZLƏYİN!

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub.

Müsahib Azərbaycan milli komandalarında yerli məşqçilərin işləməsinin tərəfdarı olduğunu bildirib. O, yalnız vətənpərvər məşqçilərin yığmalarda çalışmalı olduğunu deyib:

“Ümumiyyətlə, bütün yaş qruplarından ibarət millilərdə yerli mütəxəssislərin işləməsinin tərəfdarıyam.

Vətənpərvər insanın millidə olması vacib amildir. Bizim istedadlı məşqçilərimiz var və onların böyüməsi üçün şərait yaradılmalıdır.

Kimin baş məşqçi ola biləcəyinə gəlincə, bu masa arxasında oturub danışılmalıdır. Bizim bir neçə məşqçimiz var ki, orada yaxşı iş görərlər”.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=r-S2Jo1J2ek

Digər Xəbərlər
Xəbər Lenti