De Byazi yenə O SÖZÜ DEDİ: "Hazırda çox şeylər bizə yuxu kimi gəlsə də…"

13 Aprel 2021 21:00 Milli komanda 726
De Byazi yenə O SÖZÜ DEDİ: "Hazırda çox şeylər bizə yuxu kimi gəlsə də…"

"İlk müsahibəmdə dediklərimi yenidən təkrarlamaq istəyirəm: hamımız inansaq, bu, həqiqətən mümkün ola bilər".

Sportinfo.az xəbər verir ki, bu açıqlama millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin ilk matçında Portuqaliyaya 0:1, ikinci görüşdə Qətərə, daha sonra Serbiyaya 1:2 hesabı ilə uduzub.

İtalyan mütəxəssis növbəti oyunlardakı gözləntilərini də bölüşüb: "Komanda əsasən çətin oyunlarda formalaşır və böyüyür. Gələcəkdə 6 qarşılaşmamız var.

Bu görüşlərdə sonadək mübarizə aparmalı və yaxşı oyun göstərməliyik. Hazırda çox şeylər bizə yuxu kimi gəlsə də, sabah bunların reallaşması mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı