"Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb" - VİDEO

29 İyun 2020 00:56 Maraqlı 662
"Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb" - VİDEO

ATV-də yayımlanan "Bizimləsən" proqramında qonaq olan Xalq artisti Şamil Süleymanlı qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Aktyor bildirib ki, koronavirusun yayılması bizim etdiyimiz günahlar, səhvlərdir ki, qabağımıza çıxıb.

Sportinfo.az xəbər verir ki, o, kişilərin görüşərkən öpüşməsini, yas məclislərində baş tutan sövdələşmələri tənqid edib:

"Əgər keçmiş əsərlərdə kişilərin həyatına baxsanız, görərsiz ki, onların görüş yeri teatrlar olub. İndikilərin görüş yeri isə yaslardır. Yasda dost tapırlar, övladına qız bəyənirlər, yaltaqlıq edirlər. Kişi də kişini qucaqlayıb öpər? İndi öp görüm, necədir? Son vaxtlar kişilərin öpüşməsi dəbə düşmüşdü".

Verilişin aparıcısı Zaur Baxşəliyev aktyorun sözlərinə düzəliş etmək istəsə də, Şamil Süleymanlı fikrindən dönməyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi