Azərbaycanda xeyriyyəçi idmançı azadlığa çıxdı - FOTO

22 May 2020 22:40 Maraqlı 851
Azərbaycanda xeyriyyəçi idmançı azadlığa çıxdı - FOTO

Karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, K.Zeynallının barəsindəki inzibati həbs müddəti başa çatıb və azadlığa buraxılıb.

Nərimanov Rayon Məhkəməsi mayın 12-də K.Zeynallıya 10 sutka müddətinə inzibati həbs cəzası verib.

Rəsmi açıqlamada Kamil Zeynallının karantin qaydalarını pozaraq SMS icazə almadan evdən çıxdığına görə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cəzalandırıldığı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti