Heyətdə olmadığını öyrəndi, “Qarabağ”la oyundan imtina etdi, oteldən çıxmadı

11:00 Qarabağ 132
Heyətdə olmadığını öyrəndi, “Qarabağ”la oyundan imtina etdi, oteldən çıxmadı

Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyununda (0:2) iştirak etməyib. Onun adı ümumiyyətlə, iştirak ərizəsində olmayıb.

Sportinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, jurnalist Andrey Piskun klubdakı mənbələrinə istinadən 36 yaşlı yarımmüdafiəçinin komanda ilə birlikdə Bakıya gəldiyini və oynamağa hazır olduğunu bildirib.

Lakin onun sözlərinə görə, Yarmolenko matçöncəsi toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində oynatmayacağını öyrənib.

Futbolçu bu qərardan narazı qalıb və oteldə qalaraq stadiona getməyib.

“Dinamo” Bakıda “Qarabağ”a 0:2 hesabı ilə uduzaraq (ilk oyun 1:0) Konfrans Liqasında mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!