Virusa yoluxma riski daha kimlərdə çoxdur?

6 Aprel 2020 09:00 Maraqlı 429
Virusa yoluxma riski daha kimlərdə çoxdur?

Sportinfo.az xəbər verir ki, Covid 19 virusu yeni növ xəstəlik törədici olduğu üçün onunla mübarizə onu öyrənməklə parelal şəkildə aparılır.

Bu virusla bağlı mütəxəssislərin yekdillə gəldikləri qərar budur ki, virus xroniki xəstələrə, yaşlı nəsilin nümayəndələrinə və təbii ki, immun sistemi zəif olan şəxslərə daha tez yoluxur.

Həkimlər bildirir ki, risk qrupuna id olan insanlar təkcə sadalıqlarımdan ibarət deyil. Orqan transplantasiyası olmuş şəxslər əməliyyat olunma tarixindən yaşından,cinsindən, köçürülmüş orqandan asılı olmayaraq mütəmadi olaraq immunsupresif dərman qəbul edir.

Məhz bu dərman sayəsində onların immunitetləri hər zaman aşağı olur. Transplantoloq Mircəlal Kazımi deyir ki, bu şəxslər və ailə üzvləri digər insanlardan fəqli olaraq özlərini bu virusa qarşı daha çox müdafiə etməli, daha diqqətli olmalıdırlar.

Böyrək çatışmazlığından əziyyət çəkən xəstələr vaxtaşırı hemodializə ehtiyac duyurlar. Bu risk qrupuna daxil olan xəstələrə də yanaşma fərqli olmalıdır.

Dövlət proqramı çərçivəsində orqan transplantasiyası həyata keçirilən xəstələrə immunsupresif dərmanlar 2-3 aydan bir ödənişsiz verilir. Transplantoloq tövsiyyə edir ki, bu müddət ərzində həmin dərman preparatlarını almaq üçün xəstənin özü deyil, qanuni nümayəndəsi xüsusi ayrılmış apteklərə müraciət etsin.

Həkim həmçinin onu da qeyd etdi ki, mövcud şəraitdə istər orqan transplantasiyası istərsə də digər əməliyyatların icrası həyati önəm kəsb etmirsə mümkün qədər sonraya saxlanılmağı məsləhət görülür.

Digər Xəbərlər
Xəbər Lenti