“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir

26 Mart 2020 23:40 Maraqlı 543
“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir

“Hazırda digər ölkələrlə müqayisədə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, vətəndaşlar bütün karantin qaydalarına əməl etməlidirlər: “Bütün rayon və şəhər icra hakimiyyətlərinin rəhbərinə cənab Prezidentin bir nömrəli tapşırığını çatdırmaq istəyirəm.

Karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxılmadan bu qərarlar icra olunmalıdır. Bununla bağlı qanunverciliyin şərtlərinə uyğun olaraq, dövlət tərəfindən bütün tədbirlər görüləcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!