İlkin Xəlilov seçicilərlə görüşlərə başladı - FOTOLAR

23 Yanvar 2020 21:55 Maraqlı 1 102
İlkin Xəlilov seçicilərlə görüşlərə başladı - FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd, Sportinfo.az-ın şef-redaktoru İlkin Fikrət oğlu Xəlilov seçicilərlə görüşlərə başlayıb.

İlk görüş namizədin ata-baba yurdu, Şabran rayonunun Qazma və Pirəbədil kəndlərində keçirilib.

Kənd agsaqqallarının və gənc fəalların qatıldığı görüş maraqlı müzakirə şəraitində keçib. Seçicilər onları narahat edən problemləri dilə gətirib.

Deputatlığa namizəd İlkin Xəlilov seçicilərə özünün seçki platformasını açıqlayıb, seçicilərin suallarını cavablandırıb.

Namizədin növbəti görüşləri Şabran rayonunun ən böyük kəndləri sayılan Gəndob və Ağalıqda keçiriləcək.









Digər Xəbərlər
Xəbər Lenti