Ronaldo qadın futbolçunu əsəbiləşdirdi: "Həddini aşır"

25 Yanvar 10:20 Fransa 2 453
Ronaldo qadın futbolçunu əsəbiləşdirdi: "Həddini aşır"

Sportinfo.az xəbər verir ki, Fransanın qadınlardan ibarət millisinin sabiq futbolçusu Laure Bullau Kriştiano Ronaldonu Liqa 1 haqqında dediklərinə görə tənqid edib.

Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının Liqa 1-dən daha rəqabətli olduğunu söyləmişdi.

Lakin bu açıqlama fransalıları qəzəbləndirib. PSJ-nin keçmiş futbolçusu Bullau portuqaliyalı superulduzu tənqid edib.

"Canal+" kanalına açıqlamasında Bullau deyib:

"Onun sözlərindən həqiqətən təəccübləndim. Niyə 1-ci Liqaya hücum etdi? Çünki Lionel Messi orada oynadı?

Niyə digər liqaları yox, yalnız Liqa 1-i xatırladı? Bu sözlər onun həddini aşır.

Ronaldo bir çox liqalarda oynadı, amma Liqa 1-də oynamadı. Bu onun bildiyi liqa deyil.

Onun şərhinin mənasız olduğunu düşünürəm. Səudiyyə Ərəbistanı Pro Liqasını görürük və açığı, bu şərh düzgün deyil. Amma bu sözlər Ronaldonu sevməyimə mane olmur”.

Portuqaliya millsinin üzvü "Al-Nassr"ın formasında 2023 ili ərzində 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri ünvanına sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti