
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" Xorvatiya çempionatında 4-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi "Qoritsa"nı qəbul edib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Dinamo" 12 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
"Qarabağ" - "Dinamo" cavab oyunu avqustun 28-də keçiriləcək. İlk görüşdə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar.
"Dinamo" - "Qoritsa" 2:1
Qollar: Kulenoviç, 6, (1:0), 57 (2:0), Prsir, 90+1 (2:1)