Qurban Qurbanov: "Demişdilər ki, heç bir problem yoxdur, biz istəmədik"

17 Avqust 2023 02:40 Maraqlı 1 105
Qurban Qurbanov: "Demişdilər ki, heç bir problem yoxdur, biz istəmədik"

Konfrans Liqasının III tənsifat mərhələsinin "Partizan"la cavab oyununa görə "Sabah"ın Premyer Liqada "Sumqayıt"la matçı təxirə salındı.

Lakin avrokuboklarda iştirak edən digər təmsilçilərimiz "Neftçi" və "Qarabağ"ın çempionat oyunları baş tutdu.

"Qarabağ" 2-ci turda "Turan Tovuz"la, "Neftçi" isə "Səbail"lə qarşılaşdı. "Sabah"ın matçının təxirə salınıb, digər klublarımızın oyuna çıxması müzakirələrə səbəb oldu.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məsələ ilə bağlı açıqlama verib.

Təcrübəli mütəxəssis futbolçuların oyun təcrübəsinin az olmasına görə "Turan Tovuz"la görüşün təxirə salınmasına ehtiyac duymadıqlarını bildirib:

"Belə fikir var idi. Məncə, matçın təxirə salınması üçün federasiya tərəfindən heç bir problem yox idi.

Hətta danışıq da olmuşdu. Demişdilər ki, heç bir problem yoxdur, sadəcə, biz bu oyunun təxirə salınmasını bir o qədər də istəmədik.

Gələcəkdə belə hal olsa, müraciət edəcəyik. Amma digər futbolçularımın da oynaması çox vacib idi.

Oyun təcrübəsinin az olmasına görə bəzən görürsən ki, bəzi matçlarda futbolçu hansısa problemlə üzləşirlər. Buna görə də, təxirə salmadıq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var