Sportinfo.az aşkarladı, Nigarın qızı AzTV-də futbol oynadı - VİDEO+FOTOLAR

14 Yanvar 2020 09:23 Maraqlı 1 033
Sportinfo.az aşkarladı, Nigarın qızı AzTV-də futbol oynadı - VİDEO+FOTOLAR

Azərbaycana 2011-ci ildə "Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal və futbolçu qızı Jasmin Camal AzTV-də yayımlanan "Telesəhər” proqramında qonaq qismində iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, verilişin aparıcısı müğənni Eldar Qasımovla həmsöhbət olan Jasmin onun suallarına ingilis dilində cavab verib.

Jasmin özü haqqında bunları danışıb: "Mən Böyük Britaniyada məktəblərin birində orta təhsilimi alıram. Doqquzuncu sinifdə oxuyuram. İdmanı çox sevirəm və hər gün idman edirəm.

Futbolla hələlik həvəskar kimi məşğul oluram. Məktəbin nəzdində fəaliyyət göstərən futbol komandasında oynayıram. İdmana daha çox vaxt sərf edirəm.

Amma dərslərimi də yax.ə oxumağa çalışıram. İngilis dili, riyaziyyat və coğrafiyaya marağım var. Niyyətim gələcəkdə peşəkar futbolçu olmaqdır”.

Verilişin gedişatında Jasmin futbolda əldə etdiyi nailiyyətlərdən danışaraq, qazandığı mükafatlardan söz açıb: "İki mövsüm əvvəl "mövsümün ən yaxşı oyunçusu” olmuşam.

Bu vaxt ərzində 44 dəfə qapıya qol vurmuşam. Düşünürəm ki, mövsümü uğurla başa vurdum. Komandanın ən yaxşı oyunçusu və üzvüyəm.

Digər mükafatı isə liqada ən çox qol vurduğum üçün əldə etmişəm. Bu, mənim ən uğurlu mükafatımdır. Futbolda əldə etdiyim medallar həddindən artıq çoxdur. Buraya cəmi səkkiz medal gətirdim. Hər biri mənim üçün çox önəmlidir”.

Daha sonra Jasmin "Telesəhər”də bacısı Səidənin də idmana olan həvəsindən bəhs edib: "Bacım Səidə də idmanı çox sevir. O, futbolla deyil, gimnastika ilə məşğuldur”.

Proqramda qonaq olan Jasmin verilişin aparıcısı Eldar Qasımova topla bəzi futbol elementlərini öyrətməyə çalışıb. Jasmin hazırda peşəkar futbolla məşğul olur. Onun hədəfi "Çelsi”nin qızlardan ibarət komandasında çıxış etməkdir.

Nigar Camalın Səidə və Jasmin adlı qız övladları var. Onlar hər ikisi Londonda yaşayır və orada təhsil alırlar. Jasminin futbolçu olması barədə ilk dəfə Sportinfo.az-ın yaydığını xatırladaq.





Digər Xəbərlər
Xəbər Lenti