SON DƏQİQƏ! Roman Qriqorçuk "Astana"dan ayrıldı

13 Yanvar 2020 15:39 Maraqlı 1 175
SON DƏQİQƏ! Roman Qriqorçuk "Astana"dan ayrıldı

Roman Qriqorçukun "Astana"dakı taleyinə aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar. Məlumatı klubun rəsmi saytı yayıb.

Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.

2018-ci ilin yayında "Astana"ya baş məşqçi təyin olunan Qriqorçuk avqust ayında ailəvi məsələlərə görə klubdan müvəqqəti ayrılmış, bir də 2019-cu ilin yanvarında öz vəzifəsinə qayıtmışdı. Təcrübəli çalışdırıcının rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komanda Qazaxıstan Premyer Liqası və Superkubokunun də qalibi olub.

Qriqorçuk 2014-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb. Ukraynalının yenidən Azərbaycanda işləyəcəyi istisna edilmir. Onun bir müddət əvvəl "Neftçi" ilə təmasa keçdiyi yayılan xəbərlər arasında yer alır.

Digər Xəbərlər
Xəbər Lenti