Bakıda "FİFA20" turniri start götürdü - FOTOLAR

13 Yanvar 2020 16:23 Maraqlı 580
Bakıda "FİFA20" turniri start götürdü - FOTOLAR

Yanvarın 12-də Nizami Esport arenada, Azərbaycan Kiberidman Federasiyası və “Gaming League Azerbaijan” təşkilatının birgə keçirdiyi 504 nəfərin iştirak etdiyi FİFA20 turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, ümumi mükafat fondu 950 AZN olan turnir bir neçə həftə ərzində davam edəcək. 1/16 finala vəsiqə qazanacaq 32 iştirakçı GLA FİFA20 liqalarında iştirak hüququ əldə etmiş olacaqlar.

Hər birində 16 komandanın mübarizə aparacağı əsas və 2-ci liqa isə daimi olaraq davam edəcək. Hər mövsümün sonunda əsas liqada son 5 pillənin sahibləri 2-ci diviziona yuvarlanacağı halda, 2-ci liqada ilk 5 yerin sahibləri əsas liqaya yüksələcəklər.

2-ci divizionda son 5 pillənin sahibləri isə müntəzəm olaraq keçiriləcək FİFA20 turnirlərində ən yaxşı nəticə göstərən 5 iştirakçı ilə əvəz olunacaqlar. Əsas liqanın qaliblərini isə daha böyük mükafatlar və beynəlxalq turnirlərdə iştirak şansı gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti