Eddi İsrafilovun komanda yoldaşı - "Diqqətimiz yalnız futbolda olmalıdır"

5 Dekabr 2019 19:41 Maraqlı 516
Eddi İsrafilovun komanda yoldaşı -

Adı yenidən seks qalmaqalı ilə gündəmə gələn, hətta 3 illik həbs təhlükəsi ilə üz-üzə qalan futbol millimizin anqola əsilli yarımmüdafiəçisi Eddi İsrafilovdan fərqli, komanda yoldaşları "Albasete"də qarşılarına konkret məqsəd qoyublar.

Sportinfo.az xəbər verir ki, Eddinin həmklubu, cari mövsüm Sequndada 3 qol vuran Roman Zozulya İspaniya mətbuatına açıqlamasında bütün komanda yoldaşlarının diqqətini futbola ayırmasını, ikinci liqadan Primeroya çıxmağa çalışmalı olduqlarını deyib.

2017-ci ildən Balompe klubunun uğurları üçün çalışan 30 yaşlı forvard komandasının La Liqaya vəsiqə qazanmaq imkanlarını yüksək qiymətləndirib: "Hər şeyin yaxşı getdiyini düşünrəm. Komanda demək olar, tamamilə dəyişib, əzmkar kollektiv formalaşlb. Nəticələri daha yaxşı etmək və La Liqaya yüksəlmək üçün mübarizə aparırıq.

Bu, hamımızın arzusudur. Minimum hesabla olsa belə, qələbələr qazanıb qarşımıza qoyduğumuz məqsədə çatmaq istəyirik. Bu yolda bütün futbolçular diqqəti yalnız oyunumuza yönəltməlidir. Hər matçda qələbə qazanmağa çalışmalıyıq. Əsas odur, müsbət nəticə əldə edək. Ümid edirəm ki, mövsümün sonunda yuxarı yerlərdən birini tutacağıq".

"Albasete" geridə qalan 18 turdan sonra aktivindəki 26 xalla Sequndada 22 komanda arasında 9-cu yeri tutur. Balompelilər sabah 19-cu tur çərçivəsində autsayder "Ekstremadura" ilə qarşılaşacaqlar.

Nəzri ƏLİSOY

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"