İran şirkəti Mehdi Şərifi üçün Bakıda - Yeni müqavilə bağlandı

23 Sentyabr 2019 15:43 Maraqlı 655
İran şirkəti Mehdi Şərifi üçün Bakıda - Yeni müqavilə bağlandı

İranın "Elise Gold" geyim şirkətinin nümayəndələri Bakıya gəlib.

Sportinfo.az-ın məlumatına görə, səfərin məqsədi "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi ilə reklam əməkdaşlığının davam etdirilməsidir. Bir neçə gündür paytaxtımızda olan kostyum brendinin rəsmiləri cənubi azərbaycanlı futbolçu ilə yeni müqavilə imzalayıblar. Özü də daha yaxşı şərtlərlə.

Buna qədər həmin şirkətin məhsullarını ölkə daxilində reklam edən Şərifinin "Sumqayıt"a keçidi və legioner həyatı yaşaması, onun sponsorluq gəlirlərinə də müsbət təsir edib. Bunun nəticəsidir ki, o, əməkdaşlıq etdiyi şirkətlə daha sərfəli müqaviləyə qol çəkib.

Futbolçu "Elise Gold" şirkətinin yeni geyim brendini şəxsi "İnstagram" səhifəsində də paylaşıb.

Qeyd edək ki, "Sumqayıt"la 2 illik müqavilə bağlayan Mehdi "gənclik şəhəri" təmsilçisində aylıq 3000 dollar məvacib alır.

Digər Xəbərlər
Xəbər Lenti