COP29

Azərbaycanda parladı, Rumıniyaya getdi, indi də...

11 Sentyabr 2023 23:20 Maraqlı 787
Azərbaycanda parladı, Rumıniyaya getdi, indi də...

Əksər vaxt deyinirik ki, Premyer Liqamızın səviyyəsi çox aşağıdır.

Deyəsən, heç də hər şey düşündüyümüz kimi deyil.

Hər halda, hansısa əcnəbi futbolçu ortabab klubumuzdan sanballı millisinə yüksələ bilirsə, bir az yavaşlasaq yaxşıdır.

Söhbət Şimali Makedoniyalı futbolçu İsnik Alimidən gedir.

29 yaşlı legioner ölkəmizdə iki il “Qəbələ”nin şərəfin qoruyub.

Bura gələndə 27 yaşı vardı. Amma hardasa burdakı kimi parlaq olmağı bacarmamışdı.

Düzdü, CV-sində İtaliyanın “Atalanta” klubu vardı. Lakin adlı-sanlı klubda 1 görüş belə keçirməmişdi.

İsnikin İtaliyada günü daha çox aşağı liqa klublarında keçmişdi.

Heç vaxt əsas milliyə dəvət almamasını da bununla əlaqələndirmək olar.

Qısası, orta xətt oyunçusu gənc yaşlarında parlayıb İtaliya kimi futbol ölkəsinə ayaq açsa da, tam yeriyə bilməmişdi.

Onun ikinci ulduzu 29 yaşında Qəbələdə parladı.

“5 nömrə” qısa müddətdə göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkə bildi.

“Qırmızı qaralar”ın heyətində 73 görüşdə meydana çıxan əcnəbi futbolçu 22 qol, 9 asistlə yadda qalmağı bacardı.

Bu, onun karyerasındakı digər klublarla müqayisədə ən yaxşı statistikasıdır.

Hətta o qədər vacib fiqura çevrildi ki, uzun israra rəğmən nə “Qəbələ” onu heyətdə saxlaya bildi, nə də ona müştəri çıxan digər təmsilçilərimiz.

Təxminən 8 min dollar maaşa gəldiyi bölgə klubundan 20 min avro maaş qarşılığında ayrılaraq Rumıniya təmsilçisi “Sepsi”yə keçdi.

Burada da yaxşı performansını davam etdirir.

Meydana çıxdığı 12 görüşdə 4 qol, 1 asistlə yadda qalıb. Bir dayaq yarımmüdafiəçisi üçün kifayət qədər yaxşı göstəricidir.

Aliminin Azərbaycanda başlayan inkişaf dinamikası məntiqli olaraq milli komandaya kimi çatdı.

Və həsrətində olduğu formada meydana çıxmaq 29 yaşında ona müəssər oldu.

Özü də İtaliya kimi nəhəng milliyə qarşı.

Belə ki, Avropa Çempionatının seçmə mərhələsinin İtaliya ilə bərabərə bitən (1:1) matçının 74 –cü dəqiqəsində Milevski İsniki meydana buraxmaqla bu xoşbəxtliyi ona nəsib etdi.

Elə bərabərlik qolu da İsnik meydanda olanda vuruldu.

Ümumiyyətlə, son illər İsnikin timslında bir çox əcnəbilər Premyer Liqamızdan yaxşı tramplin kimi istifadə etməyi bacarırlar.

Bacarıqları, istedadları sayəsində. Arzu edək ki, oxşar tendensiyanı yerli futbolçularımız barədə də yaxın gələcəkdə görə biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"