FOTO - "Sabah"lnı gənci "Qarabağ"dakı kumiri ilə görüşdü

5 Fevral 23:40 Maraqlı 1 019
FOTO - "Sabah"lnı gənci "Qarabağ"dakı kumiri ilə görüşdü

"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev "Sabah"ın gənc qapıçısı Ayxan Əlizadə ilə görüşüb.

Masazır klubunun 16 yaşlılardan ibarət komandasının kaptanı olan Ayxan, həm də Azərbaycan U-16 millisinin qapısını qoruyur.

O, "Şah"ı özünə kumir seçib. Gələcəkdə onun kimi milli komandaya qədər yüksəlməyi qarşısına hədəf qoyub.

Əlizadənin kumiri ilə üz-üzə gəlməsinə isə bu yaxınlarda karyerasını başa vuran milli komandamızın və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov vasitəçi olub.

Bu da səbəbsiz deyil. Belə ki, Ayxan Əfran İsmayılovun bibisi nəvəsidir.

Çay süfrəsi ətrafında oturan tərəflər bir xeyli söhbətləşiblər. Gənc qapıçıya öz məsləhətlərini verən "Qarabağ"lı sonda öz əlcəklərini ona hədiyyə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox