Onun arzusu necə puç oldu? – GÖZÜNÜZÜ BU VİDEODAN ÇƏKMƏYİN!

9 Sentyabr 2022 20:40 Maraqlı 969
Onun arzusu necə puç oldu? – GÖZÜNÜZÜ BU VİDEODAN ÇƏKMƏYİN!

"Sabah" mövsümdə ilk xal itkisi ilə 5-ci tur "Səbail"lə matçda üzləşdi.

Amma bərabərliklə (0:0) başa çatan oyundan sonra da yerli fanatlar komanda üzvlərini yanına çağırıb alqışlamağı unutmadı.

Bir qədər sonra isə baş məşqçi Murad Musayev övladı ilə bərabər fanatlar olan tribunaya yaxınlaşdı. Təbii ki, məqsəd 90 dəqiqə komandanın yanında olan tərəfdarlar təşəkkür etmək və alqışlarını qazanmaq idi.

Lakin rusiyalı çalışdırıcının bu istəyi baş tutmadı. Belə ki, polislərin azarkeş qrupuna stadionu tez tərk etmək barədə tapşırığı onun niyyətini puç etmiş oldu.

Əcnəbi mütəxəssis bir qədər pauza edərək, çarəsiz halda geri qayıtmalı oldu. Əməkdaşımızın lentə aldığı həmin kadrları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti