İngiltərə 10 qolluq oyunda dünya üçüncülüyünü qazandı - VİDEO

İngiltərə 10 qolluq oyunda dünya üçüncülüyünü qazandı - VİDEO

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib.

Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən “Mayami Stadium”da oynanılıb.

Gərgin oyun şəraitində keçən matçda İngiltərə millisi 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, İngiltərə yığması 60 il sonra mundial medalı qazanıb.

Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirmişdi. İngiltərə isə Argentina ilə görüşdə məğlub olmuşdu.

DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Fransa - İngiltərə 4:6

Qollar: Rays, 3 (0:1), Konsa, 18 (0:2), Saka, 37 (0:3), 45+2 (0:4), Mbappe 48 (1:4), Barkola, 54 (2:4), Mbappe, 66 (3:4), Saka, 88-pen. (3:5), Dembele, 90+6 (4:5), Bellinqem, 90+8 (4:6)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti