"Qarabağ" millidəki oyunçusunu Premyer Liqa klubuna verdi

09:50 Hadisə 1 103
"Qarabağ" millidəki oyunçusunu Premyer Liqa klubuna verdi

"Şəfa" heyətinə yeni gənc oyunçu qatıb.

Premyer Liqanın köhnə-yeni iştirakçısı Eltun Babazadəni düşərgəsinə gətirib.

O, bura "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasından dəvət olunub.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Babazadə həm də U-19 yığmasının üzvüdür. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.

Paytaxt təmsilçisi bu yay 9 nəfəri "rənglərinə bağlayıb".

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya) və Fərid Yusifli ("Turan Tovuz") komandanın yeni simalarıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti