“Bəzən ən yaxşı olduğunuzu sübut etməyə çalışmaq təhqirdir"

14 Sentyabr 2021 18:40 Maraqlı 666
“Bəzən ən yaxşı olduğunuzu sübut etməyə çalışmaq təhqirdir"

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “instaqram” səhifəsində fəlsəfi status paylaşıb.

Sportinfo.az xəbər verir ki, o, paylaşdığı şəklə belə şərh yazıb:

“İt və çita. Şəkildə itlərlə çitanın yarışı təsvir olunub ki, onlardan hansı daha sürətlidir. Hər kəs təəccüblənir ki, itlər qaçsa da, çita yerindən tərpənmir.

Ona görə də koordinatordan bunun səbəbini soruşurlar. Onun cavabı belə olur: “Bəzən ən yaxşı olduğunuzu sübut etməyə çalışmaq təhqirdir.

Başqalarının ən güclü olduğunuzu başa düşmələri üçün əyilməyə ehtiyac yoxdur.

Diqqətlə düşünün və layiq olduğunuz şey üçün enerjiyə qənaət edin. Çita ən sürətli və güclü olduğunu itlərə göstərmək üçün yox, yalnız ov üçün sürətindən istifadə edir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”