Sabiq "Xəzər Lənkəran"lı ötən günləri yada saldı - FOTOLAR

31 İyul 2021 20:00 Maraqlı 1 035
Sabiq "Xəzər Lənkəran"lı ötən günləri yada saldı - FOTOLAR

"Kəpəz"in yeni transferi İbrahim Qədirzadə istirahətini Lənkəranda keçirir.

"Xəzər Lənkəran" yetirməsi doğma rayona gedər-getməz əzəmətli Lənkəran Şəhər Mərkəzi stadionuna baş çəkib.

22 yaşlı futbolçu ona doğma olan stadionda keçirdiyi hissləri Sportinfo.az-la bölüşüb: "Ötən günləri yada salmaq üçün arenaya getmişdim. "Xəzər Lənkəran"nın bütün yaş qruplarında oynamışam. Ona görə də bura mənim üçün tam fərqli məkandır.

Harda oynamağımdan asılı olmayaraq "Xəzər Lənkaran"nın yeri mənim üçün tam fərqlidir".

Qədirzadə "Xəzər Lənkəran"nın əsas komandasında 17 oyun keçirib və 2 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu