Premyer Liqanın bombardiri Bakı klubuna lazım deyil

21 May 2020 12:44 Şamaxı 921
Premyer Liqanın bombardiri Bakı klubuna lazım deyil

«Keşlə» müqaviləsi bu yay başa çatacaq Lorenzo Frutosla bağlı qərarını verib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi paraqvaylı hücumçunun sözləşməsini uzatmaq fikrindən daşınıb.

Bu, Premyer Liqanın geridə qalan hissəsində 6 qol vuran forvardın Tərlan Əhmədovla yaşadığı problemlərlə əlaqədardır. Belə ki, baş məşqçi intizamından narazı qaldığı Frutosun adını «qara siyahı»sının ilk sırasında yazıb.

«Keşlə»də ayına 5000 dollar qazanan 1989-cı il təvəllüdlü legionerin buna kimi son klubu Venesuela təmsilçisi "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda