"Keşlə"dəki ab-hava məni açmırdı, çox sıxılırdım"

17 Yanvar 2020 14:10 Şamaxı 1 165
"Keşlə"dəki ab-hava məni açmırdı, çox sıxılırdım"

"Açığı, "Keşlə"də hər şey qaydasında gedirdi. Sonra nə oldu, özüm də anlamadım. Əvəzedici heyətə göndərildim. 1-2 ay orada məşq etdim. Sadəcə, mövsümün startından əvvəl hər şeyin başqa cür olacağını fikirləşirdim. Amma əksi oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında qış fasiləsində "Keşlə"dən ayrılan Şahin Zəkiyev deyib. Komandadakı ab-havanın onu sıxdığını bildirən qapıçı gedişinin səbəbini bu cür izah edib:

"Keşlə"də üzərimdə əziyyəti olan insanlar çoxdur. Bunları heç vaxt yerə vura bilmərəm. Sadəcə, son vaxtlarda niyə əvəzedici heyətə göndərildiyimi bilmədim. "Keşlə"də çox pis sıxılırdım. Özüm də ayrılmaq istəyirdim. Çünki heç nə qaydasında getmirdi, istədiyim alınmırdı. Ab-hava məni açmırdı.

Əvəzedici heyətə niyə göndərildiyimi soruşmağı uyğun bilmədim. Çünki heç kəslə problemim yox idi. Hamı ilə can deyib, can eşidirdik. Bilmirəm, yəqin, mənimlə problemi olan adamlar var idi. Sanki özümü 4 il oynadığım klubda hiss etmirdim. Elə bil, artıq adamıydım. "Keşlə"ni pisləmək niyyətim yoxdur. O komanda mənə çörək verib. Bu gün ailəmə pul apara bilirəmsə, onların sayəsində olub. Belə şeylərə heç vaxt göz yuma bilmərəm".

Hazırda "Səbail-2"nin düşərgəsində olan və "dənizçilər"lə müqavilə bağlamağa hazırlaşan qapıçı hər şeyə yenidən başladığını bildirib: "Keşlə" məsələsi geridə qaldı. İndi hər şeyə yenidən başlayıram. "Səbail"də məşqlərimi edirəm. Əvzedici komanda ilə müqavilə bağlayacam. Hər şey qaydasındadır, məşqlər yüksək səviyyədə gedir. Komanda turnir cədvəlində birinci yerdədir. Çempionluğa oynayır. Mən də əlimdən gələnin artığını etməyə çalışacam ki, komandaya layiq olum. Çempionluq yolunda "Səbail-2"yə kömək etmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti