"Neftçi" və "Qarabağ"dan xal almaq bizə əlavə motivasiya verir"

13 Noyabr 2021 20:40 Şamaxı 563
"Neftçi" və "Qarabağ"dan xal almaq bizə əlavə motivasiya verir"

"Neftçi" ilə oyunda qələbə qazanacağımıza inanırdıq.

Futbol mübarizədir və biz sona kimi vuruşduq. Qələbəyə inandığımız üçün sonda qalib olduq".

Bunu Sportinfo.az-a açıqlamasında "Neftçi" üzərində qələbəni (3-2) şərh edən "Keşlə"nin yarımmüdafiəçisi Turan Vəlizadə deyib.

"Keşlə" qarşıdakı tur "Qarabağ"la qarşılaşacaq. İlk oyunda güclü rəqibi ilə bərabərə (1-1) qalan paytaxt klubunun üzvü bu dəfə də uğurlu olmağa çalışacaqlarını bildirib:

"Əlimizdən gələni edirik. Bu cür rəqiblərdən xal almaq bizə əlavə motivasiya verir. Çalışacağıq ki,bundan sonrakı oyunlarda da xallar alaraq daha yuxarı pillələrə yüksələk.

"Qarabağ"la oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. "Neftçi"ni məğlub etməyimiz də bizə əlavə motivasiya verib. Yaranmış fasilə isə daha yaxşı hazırlaşmağımıza kömək olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu