Azərbaycan klubu 2 ayın pulunu verdi, məhkəmə "söhbəti bağladı"

27 Sentyabr 2021 10:40 Şamaxı 1 785
Azərbaycan klubu 2 ayın pulunu verdi, məhkəmə "söhbəti bağladı"

"Keşlə" və sabiq legioneri Aleksandr Kriştovao arasındakı mübahisəli məsələ həllini tapıb.

FIFA anqolalı hücumçunun şikayətini qismən təmin edib.

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiası ilə ali futbol qurumuna müraciət ünvanlayan afrikalı forvarda tələb etdiyi məbləğin müəyyən hissəsi ödənilib.

Daha dəqiq desək, ölkə kubokunun son sahibi afrikalıya 2 aylıq maaş borcunu qaytarıb. Üstəlik, meydana çıxdığı oyunlarda qazanılan qələbələrə görə təyin olunan mükafatı verib.

Halbıki, o, 10 aylıq əməkhaqqısının tam şəkildə hesabına köçürülməsini istəyirdi, ancaq FİFA qarş tərəfin gətirdiyi dəlillərini incələyib və belə bir qərar çıxarıb.

Aleksandr Kriştovao 2020-ci ilin yanvarında "Keşlə"yə transfer olunub və burada qol hesabını aça bilməyib. Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard klubdan FIFA-ya şikayət edib.

Paytaxt təmsilçisi də öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub. Daha sonra "Keşlə" hücumçu ilə müqaviləni birtərəfli qaydada pozub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti