Bakı klubu öz oyununa qiymət qoydu – Maksimum 5 manat

28 İyul 2021 20:40 Şamaxı 718
Bakı klubu öz oyununa qiymət qoydu – Maksimum 5 manat

"Keşlə" "Soçi"yə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1300 bilet çıxarıb.

Sportinfo.az xəbər verir ki, qiymətlər sektorlar üzrə 2 manat, 3 manat və 5 manat arasında dəyişir.

Artıq biletlərin böyük hissəsi satılıb. Oyun gününədək bütün biletlərin alınacağı gözlənilir.

İyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Rusiya klubu 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti