Baş məşqçi qərarını dəyişdi, geri qaytardı, maaşını azaltdı

27 İyul 2021 10:40 Şamaxı 1 805
Baş məşqçi qərarını dəyişdi, geri qaytardı, maaşını azaltdı

Yaxınlarda «Keşlə» ilə birillik yeni müqavilə imzalayan Ral Məlikov əsas komandaya qaytarılıb.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, bu, baş məşqçi Sənan Qurbanovun qərarıdır. Bir həftə öncə əvəzedici heyətə göndərilən müdafiəçi çalışdırıcının istəyi ilə kollektivə qoşulub.

O da qeyd olunub ki, millinin sabiq üzvü ötən mövsümlə müqayisədə bundan sonra nisbətən az maaş alacaq.

Bu isə Məlikovun keçən «futbol ili»ndə az iştirak etməsi və məşqçi kurslarında iştiraka hazırlaşmasıyla əlaqədar Qurbanovun yekun raportuna əsasən müəyyənləşib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"