“İstiqlal”ın hücumçusu Bakı klubundan geri göndərildi

26 İyul 2021 20:00 Şamaxı 1 184
“İstiqlal”ın hücumçusu Bakı klubundan geri göndərildi

"Keşlə" yaxınlarda baxışa çağırıdığı Reza Kərimi ilə bağlı qərarını verib.

Sportinfo.az-ın məlumatına görə, Sənan Qurbanov iranlı hücumçunu bəyənməyib.

22 yaşlı forvard karyerası ərzində "Qostareş Fulad", "Skenderbeu" (Albaniya) və "Teuta" (Albaniya) klublarında oynayıb. O, son olaraq “İstiqlal”ın formasını geyinib.

“Keşlə”nin iyulun 22-də “Soçi” ilə Konfrans Liqasının II turu çərçivəsində keçirdiyi ilk oyundan əvvəl Bakıya təşrif buyuran iranlı legioner bir neçə gün burada təkbaşına məşq edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı