Yığmamız Avropa çempionatında tarixi uğura imza atdı, iki rekordu yenilədi

07:50 Güləş 105
Yığmamız Avropa çempionatında tarixi uğura imza atdı, iki rekordu yenilədi

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında tarixi uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub.

Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticə ilə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 20:00 Çək və bizə göndər!