"Keşlə"dən ayrılan futbolçu ölkə xaricinə gedə bilər

19 İyun 2021 22:20 Şamaxı 1 382
"Keşlə"dən ayrılan futbolçu ölkə xaricinə gedə bilər

"Keşlə"dən ayrılan Elvin Yunuszadə yenidən ölkə xaricində çıxış edə bilər.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, təcrübəli müdafiəçiyə menecerlər vasitəsilə ölkə xaricindən təkliflər var. Millinin sabiq üzvünə ciddi maraq göstərən klublar daha çox Türkiyə 1-ci liqasındadır.

Şimali Makedoniyanın "Şkupi" klubundan maliyyə problemlərinə görə ayrılan futbolçu son 6 ayı "Keşlə"də keçirib. Burada isə bir rəsmi oyuna belə çıxmaq qismət olmayıb. Bunda aldığı zədələrin rolu daha çox oldu. Belə vəziyyətdə yeni klub tapmağın çətinliyini Yunuszadə özü də yaxşı anlayır. Məhz bu səbəbdən ona yerli klublardan maraq göstərən demək olar yoxdur.

28 yaşlı futbolçu tanış menecerlərinə köməyinə və tabeliyində çıxış etdiyi baş məşqçilərin ona yenidən etimad göstərməsinə ümid edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!