“Gözləyirdik ki, bu iş adamı kluba 1 milyon manat vəsait ayırsın, son anda...”

17 Fevral 17:40 Kəpəz 2 951
“Gözləyirdik ki, bu iş adamı kluba 1 milyon manat vəsait ayırsın, son anda...”

“Bütün problemləriniz bir-bir həllinin tapır, bir bundan başqa”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri Premyer Liqanın digər iştirakçılarından fərqli olaraq, maliyyə məsələlərində ciddi böhran yaşadıqlarını bildirib.

O, yaxınlarda bir iş adamıyla danışıqlar apardıqlarını, ancaq nəticə əldə edə bilmədiklərini söyləyib:

“Əvvəl Birinci Liqada oynayırdıq, kluba maraq yox idi. Deyirdik ki, Premyer Liqaya çıxaq, sponsor olacaq.

Premyer Liqaya çıxdıq, sponsor tapılmadı. Dedik ki, stadionumuz pis vəziyyətdədir, bu da düzəlsin, sponsor gələcək.

İndi stadion da düzəlir, yenə sponsordan bir xəbər yoxdur. Gəncə boyda şəhərin komandası belə hala düşməməlidir.

Danışıqlar apardığımız şirkət rəhbəri var idi. Özü də gəncəlidir.

Gözləyirdik ki, kluba 1 milyon manat vəsait ayırsın. Son anda alınmadı.

Səbəbini özüm də bilmirəm. Ümumiyyətlə, “Kəpəz”in bu probleminin nə vaxt həll olunacağını deməyə çətinlik çəkirəm”.

Digər Xəbərlər
Xəbər Lenti