Premyer Liqada 100-ü də gördü - “Kəpəz”in müdafiəçisi

03:50 Kəpəz 40
Premyer Liqada 100-ü də gördü - “Kəpəz”in müdafiəçisi

“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”la ev matçına təsadüf edib.

29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.

Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.

Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!