“Kəpəz”dən növbəti... DİQQƏT!

4 Fevral 01:10 Kəpəz 1 320
“Kəpəz”dən növbəti... DİQQƏT!

“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi buna Premyer Liqanın XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.

"Sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb.

Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

“Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi