Minimum 4 legioneri yola salın, istəmirəm – İşləri tərs gedən klubdan SON XƏBƏR

24 Sentyabr 2024 17:20 Kəpəz 5 451
Minimum 4 legioneri yola salın, istəmirəm – İşləri tərs gedən klubdan SON XƏBƏR

Premyer Liqanın ilk 7 həftəsində məğlubiyyətləri sıralayan «Kəpəz»də köklü islahatların başlaması qərara alınıb.

Rəhbərlik Adil Şükürovun yayda düşərgəyə dəvət etdiyi legionerlərin bir çoxuyla yolları ayırmağı qətiləşdirib.

Təbii ki, bu məsələ Azər Bağırovla razılaşdırılıb.

Yeni baş məşqçi ondan qabaq komandaya cəlb olunmuş əcnəbi futbolçulardan minimum 4 nəfərin qış fasiləsinədək düşərgədən göndərilməsini istəyib.

Gəncə təmsilçisi hazırda I Liqaya yuvarlanmağa ən real namizəd sayılır. Premyer Liqanın xalı olmayan yeganə iştirakçısı turnir cədvəlinin son pilləsinə yuvaprlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti